İkinci Liqa: “Marafon” və “Dinamo”dan darmadağın

Bu gün keçirilmiş oyunlarla futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında 2026/2027-ci illər mövsümünün 7-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Şəmkir” – “Hypers” oyununda qalib müəyyənləşməyib. “Dinamo” “Kür-Araz”la ev oyununda darmadağına sevinib. “Marafon” da “Ağdaş”la ev oyunundan 5 cavabsız qolla qalib ayrılıb.

İkinci Liqa
7-ci tur

11 oktyabr

“Ağstafa Gəncləri” – “Qaradağ Lökbatan” 1:2
Qollar: Elçin Qasımov, 1 – İsa Zeynallı, 64-pen. Tural Axverdiyev, 79.
Hakimlər: Nahid Xasıyev, Əkbər Əliyev, Ruslan Məmmədov, Rasim Musayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Ağstafa şəhər stadionu, 15:00.

12 oktyabr

“Difai” – “Şəki” 4:1
Qollar: Ayxan Salamzadə, 17; 45+2. Məmməd Məmmədov, 19. Elgün Sadıqlı, 89 – Tural Məmmədzadə, 41-pen.
Hakimlər: Ləman Əmirli, Rizvan Süleymanov, Təhmin Cəlilbəyli, Rəsul Babayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

“Zəngəzur” – “Şirvan” 1:0
Qol: Ruslan Voronsov, 40.
Hakimlər: Samir Musayev, Sadiq Əliyev, Ruslan Babayev, Sənan Bayramzadə
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Binə qəsəbə stadionu, 15:30.

13 oktyabr

“Şəmkir” – “Hypers” 2:2
Qollar: Coşqun Əsədzadə, 17. Tunar Mütəllimov, 90-pen – Elariz Xəlilli, 10. Ceyhun Rəcəbli, 61.
Hakimlər: Elçin Abdullayev, Elvin Mədətov, Ağadur Mahmudov, Rauf Salamov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Dinamo” – “Kür-Araz” 9:1
Qollar: Valeh Seyidov, 4; 52-pen. Yadigar Qarayev, 30; 57. Zöhrab Bayramov, 45+3; 81. Nuran Muradlı, 47. Amil Nurəhmədov, 72; 89 – Hüseyn Abdullayev, 33-pen.
Qolla nəticələnməyən penaltilər: Ülvi Quliyev, 6. Bayram Əliyev, 12.
Hakimlər: Hacıağa Həsənov, Hüseyn Vəliyev, Tural Bayramov, Kamil Aydınov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Törə Əhmədova
Binə qəsəbə stadionu, 15:00.

“Marafon” – “Ağdaş” 5:0
Qollar: İlham Allahverdiyev, 29; 33; 85. Əşrəf Ələkbərli, 50; 63.
Hakimlər: Mehdi Yusifov, Cavid Ömərov, Əhməd Əhmədsoy, Nəriman Ağayev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sabirabad. “Marafon Arena”, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: