İkinci Liqa: “Şəfa” 2-ci dövrəyə qələbə ilə başladı

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün 2-ci dövrəsinin ilk turunun – 15-ci turun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Şahdağ Qusar” – “Baku Sportinq” və “Ağdaş” – “Şəki Siti” matçlarında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Beş qolun qeydə alındığı “Şəfa” – “Lerik” matçında isə paytaxt təmsilçisi sevinən tərəf olub.

İkinci Liqa
15-ci tur
4 mart

“Şahdağ Qusar” – “Baku Sportinq” 1:1
Qollar: Rahid Əmirquliyev, 32 – Röyal Nəcəfov, 51.
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Tərlan Talıbzadə, Murad Səlimov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı OİK stadionu, 15:00.

“Ağdaş” – “Şəki Siti” 1:1
Qollar: Fuad Hüseynov, 5 – Elşən Mustafayev, 63.
Hakimlər: Vüqar Həsənli, Aydın Baxşıyev, Rəhman Aslanov, Xalid Quliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Ağdaş şəhər stadionu, 15:00.

“Şəfa” – “Lerik” 3:2
Qollar: Əli Əliyev, 12; 33. Cavanşir Tahirov, 86 – Ruslan Tağızadə, 62. Valid Yusubzadə, 76.
Hakimlər: Elvin Bayramov, Sənan Atayev, Rasim Axundov, Alik Yunusov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Binə qəsəbə stadionu, 15:00.

5 mart

“Qusar” – “Füzuli”
Hakimlər: Fərid Hacıyev, Teymur Teymurov, Orxan İbişov, Kamil Aydınov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.

“Dinamo” – “Şəmkir”
Hakimlər: Mahmud Bağırzadə, Anar Bədəlov, Zakir Şükürzadə, Emin Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 15:00.

“Kür-Araz” – “Göygöl”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Sərxan İsmayılov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:00.

“Cəbrayıl” – “Kürmük Qax”
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Ruslan Babayev, Rəsul Babayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Neftçi” Futbol Mərkəzi” (4-cü meydança), 15:00.