İkinci Liqa: “Şəmkir” “Füzuli”yə uduzdu, lider 5 qola sevindi

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün 21-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

“Lerik” doğma meydanda “Füzuli”yə 5 cavabsız qolla məğlub olub.

Dörd qolun qeydə alındığı “Şahdağ Qusar” – “Şəmkir” oyununda meydan sahibləri qələbə qazanıblar. “Şəki Siti” də “Göygöl”lə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Lider “Baku Sportinq” isə bu dəfə “Kürmük Qax” üzərində darmadağına sevinib.

21-ci turun iki oyunu sabah, qalan bir görüşü isə aprelin 18-də keçiriləcək.

İkinci Liqa
21-ci tur
15 aprel

“Şahdağ Qusar” – “Şəmkir” 3:1
Qollar: Famil Camalov, 33; 49. Tural Qurbatov, 35 – Məzahir Əhmədov, 61.
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Səbuhi Əmrahov, Sərxan İsmayılov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı OİK stadionu, 16:00.

“Baku Sportinq” – “Kürmük Qax” 5:1
Qollar: Hakan Həsənov, 16. Elgün Abbaslı, 34; 78. Elməddin Hüseynzadə, 45. Röyal Nəcəfov, 57 – Revazi Otaraşvili, 44.
Hakimlər: Rövşən Rəcəbov, Rasim Axundov, Anar Bədəlov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu, 16:00.

“Lerik” – “Füzuli” 0:5
Qollar: Elvin Nəsibov, 19; 45+1; 84; 86. Ceyhun Cavadov, 90+2.
Hakimlər: İslam Məmmədov, Tərlan Talıbzadə, Mirnihad Seyidov, Nazim Abdullayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Lənkəran OİK stadionu, 16:30.

“Şəki Siti” – “Göygöl” 2:0
Qollar: Tural Məmmədzadə, 25. Ramin İsmayılov, 63.
Hakimlər: Kamranbəy Rəhimov, Kərim Zeynalov, Asif Abdullayev, Emin Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şəki şəhər stadionu, 16:30.

16 aprel

“Şəfa” – “Kür-Araz”
Hakimlər: Murad Səlimov, Orxan İbişov, Ruslan Babayev, Alik Yunusov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Binə qəsəbə stadionu, 16:00.

“Ağdaş” – “Cəbrayıl”
Hakimlər: Əkbər Əhmədov, Səbuhi Soltanov, Ruslan Nəsibov, Vüqar Alıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Ağdaş şəhər stadionu, 16:30.

18 aprel

“Dinamo” – “Qusar”
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Asiman Əzizli, Rəsul Babayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Binə qəsəbə stadionu, 16:00.