İkinci Liqa: “Şəmkir” uduzdu, “Dinamo” 7 qola üzüldü – Video

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün 22-ci turunun qarşılaşmalarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Qusar” – “Şəfa” matçında qalib müəyyənləşməyib. “Füzuli”nin qonağı olan “Şəmkir” bu turu məğlubiyyətlə başa vurub. “Göygöl” isə “Lerik”lə ev oyunundan qalib ayrılıb.

8 qolun qeydə alındığı “Dinamo” – “Şahdağ Qusar” matçında qonaqlar böyük hesabla qələbə qazanıblar.

İkinci Liqa
22-ci tur

22 aprel

“Cəbrayıl” – “Baku Sportinq” 0:1
Qol: Aqşin Paşayev, 41.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Kürmük Qax” – “Şəki Siti” 4:1
Qollar: Revazi Otaraşvili , 62. Vüqar Məmmədli, 78. Roma Dukaşvili, 79. Nurlan Camallı, 87 – Xaliq Şabanov, 60.
Hakimlər: Şamil İmanzadə, Aydın Baxşıyev, Mirnihad Seyidov, Rəsul Babayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Qax OİK stadionu, 16:00.

“Kür-Araz” – “Ağdaş” 3:2
Qollar: Elariz Xəlilli, 5. Cavid İmamverdiyev, 26-pen. Ramazan Abbasov, 85 – Nicat Fərəcli, 11-öz qapısına. Azad Əzimli, 45.
Hakimlər: Rövşən Rəcəbov, Tərlan Talıbzadə, Kərim Zeynalov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Zöhrab Abbasov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
H.Əliyev adına İmişli şəhər stadionu, 17:00.

23 aprel

“Füzuli” – “Şəmkir” 3:1
Qollar: Haqverdi Həsənov, 21. Elvin Nəsibov, 56. Emin Quliyev, 66 – Asim Quliyev, 41.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Asiman Əzizli, Əkbər Əhmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
“ASK Arena”, 13:00.

“Qusar” – “Şəfa” 2:2
Qollar: Vüqar Əşrəfli, 8. Kazbək Qafarov, 76 – Əli Əliyev, 55. Rəhim Nağıyev, 87.
Hakimlər: Vüqar Həsənli, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Maqsud Şamıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.

“Dinamo” – “Şahdağ Qusar” 1:7
Qollar: Əkbər Səfərzadə, 90+1 – Tural Qurbatov, 7; 53; 56. Famil Camalov, 17; 33; 48. Denis İsmixanov, 72.
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Sənan Atayev, İslam Məmmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu, 16:00.

“Göygöl” – “Lerik” 2:1
Qollar: Sənan Həsənov, 51. Bəşir Qarayev, 83 – Nurlan Əmirzadə, 70.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Sərxan İsmayılov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Göygöl OİK stadionu, 16:30.