Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 5-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Ağstafa Gəncləri” – “Ağdaş” matçında qapılara qol vurulmayıb. “Şirvan” “Araz Saatlı” ilə ev oyununda 4 cavabsız qolla qalib gəlib. Dörd qolun vurulduğu “Dinamo” – “Kür-Araz” görüşündə isə meydan sahibləri inamlı qələbəyə seviniblər.
5-ci turun qalan oyunları sabah keçiriləcək.
İkinci Liqa
5-ci tur
13 oktyabr
“Ağstafa Gəncləri” – “Ağdaş” 0:0
Hakimlər: Ceyhun Hüseynov, Cavid Ömərov, Rəşad Quliyev, Nəriman Ağayev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Ağstafa şəhər stadionu, 14:00.
“Şirvan” – “Araz Saatlı” 4:0
Qollar: Cavid Nəcizadə, 66. Nurlan İsayev, 67. Elgün Xəlilov, 80. Elariz Xəlilli, 88.
Hakimlər: Alik Yunusov, Ruslan Babayev, Tural Bayramov, Nahid Xasıyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Dinamo” – “Kür-Araz” 3:1
Qollar: Valeh Seyidov, 35. Əkbər Səfərzadə, 51. Fizuli Dəmirov, 90 – Asim Quliyev, 90.
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Rəsul Babayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 14:30.
14 oktyabr
“Quba” – “Göygöl”
Hakimlər: Fəridə Lütfəliyeva, Sevda Nuriyeva, Rizvan Süleymanov, Sənan Bayramzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Şəki” – “Şəmkir”
Hakimlər: Niyaz Əhmədov, Elvin Mədətov, Ruslan Məmmədov, Rasim Musayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Rekord Arena”, 14:00.
“Qaradağ Lökbatan” – “Xankəndi”
Hakimlər: Elvin Bayramov, Rahil Ramazanov, Kamran Bayramov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.



