Futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında 2024/2025-ci illər mövsümünün 14-cü turunun oyunları təxirə salınıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, paytaxtda və regionlarda mövcud olan, eləcə də davam edəcəyi proqnozlaşdırılan qarlı hava şəraiti ilə əlaqədar olaraq PFL İkinci Liqanın 24-25 fevral tarixlərində keçirilməsi nəzərdə tutulan oyunlarının təxirə salınmasına qərar verib. Oyunların 27, 28 fevral və 1 mart tarixlərində keçirilməsi qərara alınıb.
İkinci Liqa
14-cü tur
27 fevral
“Qusar” – “Füzuli”
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.
“Şəfa” – “Dinamo”
Bakı. “ASK Arena”, 14:00.
28 fevral
“Göygöl” – “Saatlı-Araz”
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Şahdağ Qusar” – “Kür-Araz”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
1 mart
“Hypers Quba” – “Şəmkir”
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Şəki Siti” – “Lerik”
Şəki şəhər stadionu, 14:00.
“Ağdaş” – “Şimal”
Ağdaş şəhər stadionu, 14:00.