İkinci Liqada 2 oyun, hərəyə 2 qol və 1 xal

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün 18-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Lerik” “Şəki Siti”ni, “Şəmkir” isə lider “Baku Sportinq”i qəbul edib. Hər iki oyunda komandalar meydanı hərəyə 2 qol və 1 xalla tərk ediblər.

Turun qalan qarşılaşmaları martın 24-də və 25-də keçiriləcək.

İkinci Liqa
18-ci tur
23 mart

“Lerik” – “Şəki Siti” 2:2
Qollar: Kərəm Əhmədli, 45. Məzahir Əhmədov, 89 – Cavid Abbasov, 25-öz qapısına. Röyal Nəcəfov, 33.
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Anar Bədəlov, Rəsul Babayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Lənkəran OİK stadionu, 15:00.

“Şəmkir” – “Baku Sportinq” 2:2
Qollar: Kamran Abdullazadə, 45+2-pen. Penci Ağazadə, 85 – Ramin İsmayılov, 66. Osman Soltanov, 90+1.
Hakimlər: Murad Səlimov, Rasim Axundov, Aydın Baxşıyev, Kamil Aydınov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şəmkir OİK stadionu, 15:00.

24 mart

“Füzuli” – “Ağdaş”
Hakimlər: Əkbər Əhmədov, Asif Abdullayev, Samir Qaracayev, Alik Yunusov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Bakı. “ASK Arena”, 13:00.

“Göygöl” – “Şəfa”
Hakimlər: Vüqar Həsənli, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Vüqar Alıyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elman Musayev.
Göygöl OİK stadionu, 15:00.

“Kürmük Qax” – “Dinamo”
Hakimlər: Mahmud Bağırzadə, Səbuhi Soltanov, Ruslan Quliyev, Nazim Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Qax OİK stadionu, 15:00.

“Kür-Araz” – “Şahdağ Qusar”
Hakimlər: Şamil İmanzadə, Kərim Zeynalov, Mirnihad Seyidov, Emin Abdullayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:00.

25 mart

“Cəbrayıl” – “Qusar”
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Sənan Atayev, İslam Məmmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Neftçi Futbol Mərkəzi” (4-cü meydança), 13:00.