Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2024/2025-ci illər mövsümünün sonuncu – 26-cı turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
“Dinamo” – “Şahdağ Qusar” oyununda qapılara qol vurulmayıb. Beləcə, Qusar təmsilçisi mövsümü 72 xalla zirvədə başa vuraraq İkinci Liqanın qalibi olub.
Səfərdə “Qusar”la qarşılaşan liderin əsas izləyicisi “Şəfa” rəqibini 9 cavabsız qolla məğlub edərək gümüş medallara sahib çıxıb. Paytaxt klubu çempiondan yalnız 1 xal az toplayıb.
“Şəmkir” evdə “Şəki Siti”ni, “Hypers Quba” isə səfərdə “Araz Saatlı”nı 2 cavabsız qolla üstələyib.
Bu nəticələrdən sonra “Şimal” İkinci Liqanın bürünc medallarına sahiblənib. “Hypers Quba” dördüncü, “Şəmkir” isə beşinci yeri tutub.
İkinci Liqa
26-cı tur
20 may
“Füzuli” – “Lerik” 0:1
Qol: Zaur Nuruzadə, 79.
Hakimlər: Murad Səlimov, Aydın Baxşıyev, Tural Bayramov, Niyaz Əhmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.
“Kür-Araz” – “Ağdaş” 1:4
Qollar: Elxan Məmmədov, 57-pen – Vasif Nəsirov, 4. Araz Kərimxanov, 9. Elçin Süleymanov, 21. Ülvi Sarıyev, 40.
Hakimlər: Sənan Bayramzadə, Sənan Atayev, Cavid Ömərov, Şamil İmanzadə.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Heydər Əliyev adına İmişli şəhər stadionu.
“Şimal” – “Göygöl” 2:0
Qollar: Tofiq Nəsibov, 56. Ceyhun Kəlbəliyev, 87.
Hakimlər: Nəriman Ağayev, Ruslan Məmmədov, Rizvan Süleymanov, Səbuhi Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Siyəzən şəhər stadionu.
21 may
“Şəmkir” – “Şəki Siti” 2:0
Qollar: Akif Tağıyev, 57. Vidadi Cəfərov, 65-pen.
Hakimlər: Ruslan Quliyev, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu.
“Araz Saatlı” – “Hypers Quba” 0:2
Qollar: Hüseyn Novruzov, 36. Cavid İmamverdiyev, 90+4-pen.
Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Samir Qaracayev, Vüqar Həsənli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu.
“Dinamo” – “Şahdağ Qusar” 0:0
Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Rəhman Aslanov, İslam Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu.
“Qusar” – “Şəfa” 0:9
Qollar: Emin Zamanov, 14. Əsgər Hüseynov, 22. Amil Yunanov, 27-pen; 40; 54; 72. Ülvi Quliyev, 76; 79. Samir Ağayev, 82.
Hakimlər: Kamranbəy Rəhimov, Müslüm Əliyev, Mirnihad Seyidov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança).
