Futbol üzrə Azərbaycan İkinci Liqasında 2024/2025-ci illər mövsümünün qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, mükafatlandırma mərasimi mayın 22-də Binə qəsəbə stadionunda təşkil olunacaq. Saat 16:00-da başlayacaq mərasimdə cari mövsümün qızıl, gümüş və bürünc mükafatçıları təltif olunacaqlar. Qalib komandaya kubok təqdim ediləcək. Həmçinin mövsümün bombardirinə mükafat veriləcək.
Xatırladaq ki, Azərbaycan İkinci Liqasında mövsümə bu gün keçirilmiş sonuncu – 26-cı turun oyunları ilə yekun vurulub. “Şahdağ Qusar” komandası 72 xalla çempion olub. “Şəfa” 71 xalla gümüş, “Şimal” isə 58 xalla bürünc medallara sahib çıxıb. “Şəmkir”in futbolçusu Vidadi Cəfərov vurduğu 31 qolla mövsümün bombardiri olub.
