İlk Azərbaycan çempionatına martın 15-də start veriləcək

Martın 15-də ölkəmizin qadın basketbolu tarixində ilk dəfə olaraq Azərbaycan çempionatına start veriləcək.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Azərbaycan Qadınlar Liqası adı altında keçiriləcək 2 dövrədən ibarət yarışda 6 komanda mübarizə aparacaq.

Bunlar “AzStars”, “Alov”, “Neftçi”, “Xırdalan”, “Gəncə” və “Qaradağ” klublarıdır.

Reqlamentə əsasən, müntəzəm mövsümün sonunda ilk 4 pilləni tutan komandalar “dördlər finalı”nda çempionun adına aydınlıq gətirəcəklər. Çempionatın oyunları Azərbaycan Texniki Universitetinin idman zalında keçiriləcək.

Xəbərdə o da qeyd olunur ki, Azərbaycan Qadınlar Liqasının (AQL) oyunları Azərbaycan Texniki Universitetinin idman zalında keçiriləcək