Futbol üzrə Azərbaycan milli komandasının yeni direktoru İlqar Qurbanov bu təyinatı ilə bağlı fikirlərini paylaşıb.
Arena.az xəbər verir ki, hazırda 38 yaşı olan keçmiş futolçu bunları dilə gətirib:
“Bu etimada görə AFFA rəhbərliyinə təşəkkür edirəm. Milli komandada işləmək hər kəs üçün şərəfdir. Azərbaycan millisi mənim üçün yad bir yer deyil. Bir neçə il bu komandanın formasını geyinmişəm. Son illərdə isə yığmanın skautu kimi fəaliyyət göstərirdim. Bir sözlə, komandanın içində idim. Dünən millimizin baş məşqçisi Fernando Santosla görüşümüz oldu. Onunla gələcək planları, iş prinsiplərini müzakirə etdik. Mənim işim baş məşqçi ilə sıx kontakt şəraitində olacaq. Ümid edirəm ki, bu əməkdaşlıq hər birimiz üçün uğurlu olacaq”.
Xatırladaq ki, 2021-ci ildən milli komandaların skautu kimi fəaliyyət göstərən İlqar Qurbanov bu gün millimizin yeni direktoru təyin olunub. O, futbolçu karyerası ərzində Azərbaycan milli komandasının heyətində 30 oyun keçirib, 1 qola imza atıb.