İlya Sadıqov ÇSKA-ya qarşı 45, Ayaz Quliyev 90 dəqiqə oynadı

Azərbaycanlı futbolçular Ayaz Quliyev və İlya Sadıqov Rusiyanın “Ximki” komandasında növbəti matçlarına çıxıblar. Arena.az xəbər verir ki, onlar Rusiya Premyer Liqasının 22-ci turu çərçivəsində baş tutan Moskva ÇSKA-sı ilə qarşılaşmanın iştirakçısı olublar.

“Ximki” bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan da ağır məğlubiyyətlə ayrılıb – 0:3.

Hər iki futbolçu start heyətdə meydana çıxıb. Ayaz Quliyev sonadək mübarizə aparıb. İlya Sadıqov isə fasilədə əvəzlənib.

Ardıcıl dördüncü məğlubiyyətinə üzülən “Ximki” 22 turdan sonra 13 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.