“İmişli” – “İrəvan” matçına alınmış biletlərlə bağlı rəsmi açıqlama

Futbol üzrə Azərbaycan Birinci Liqasının 5-ci turunun bu gün keçirilməli olan “İmişli” – “İrəvan” oyunu baş tutmadı.

Arena.az xəbər verir ki, qonaq komanda oyuna getmədiyinə görə görüş keçirilmədi.

Bəs görəsən bu matça bilet almış azarkeşlərin aqibəti necə olacaq? “İmişli” klubu bu məsələ ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada bunlar qeyd olunub:

“Bu gün saat 15:00-da keçirilməli olan “İmişli” – “İrəvan” oyunu qonaq komandanın oyuna gəlməməsi səbəbindən ləğv olundu. AFFA İntizam Komitəsinin qərarından sonra nəticə elan olunacaq.

Bu gün stadiona gələn və gəlməyən azarkeşlərin bu oyun üçün aldığı biletlər növbəti ev oyunu üçün keçərli olacaq. Bilet almayan azarkeşlər isə biletləri eyni ünvanlardan əldə edə bilərlər. Növbəti oyunda hər birinizi gözləyirik!”