İngiltərə Federasiya Kubokunda 1/4 final cütləri bilindi

Futbol üzrə İngiltərə Federasiya Kubokunda 1/4 final mərhələsinin cütlükləri müəyyənləşib. Arena.az xəbər verir ki, yarımfinala vəsiqə uğrunda mübarizə aparan klublardan yarısı Premyer Liqa, qalanı isə aşağı liqa təmsilçiləridir.

Bununla da sözügedən turnirdə 15 ildən sonra ilk gerçəkləşib. Bu da Premyer Liqanın cəmi 4 komandasının 1/4 finala vəsiqə qazana bilməsi nəticəsində baş verib. 1/8 final mərhələsində elita təmsilçilərindən yalnız “Mançester Siti”, “Mançester Yunayted”, “Brayton” və “Fulhem” yoluna davam edə biliblər. Bu, 2007/08 mövsümündən bəri Premyer Liqa təmsilçilərinin ən uğursuz göstəricisidir.

1/4 finalda “Mançester Yunayted” elitanın digər təmsilçisi “Fulhem”lə mübarizə aparacaq. “Mançester Siti” isə “Bernli” ilə qarşılaşacaq. “Brayton”u “Qrimsbi Taun”la mübarizə gözləyirsə, “Şeffild Yunayted” də “Blekbern”ə rəqib olub.

Qeyd edək ki, İngiltərə Federasiya Kubokunda 1/4 final mərhələsinin oyunları martın 18-19-da keçiriləcək.

İngiltərə Federasiya Kuboku
1/4 final

“Mançester Siti” – “Bernli”

“Mançester Yunayted” – “Fulhem”

“Brayton” – “Qrimsbi Taun”

“Şeffild Yunayted” – “Blekbern”