Ötən gecə futbol üzrə İngiltərə Federasiya Kubokunda 2023/2024 mövsümünün 1/16 final mərhələsinin oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, bu mərhələnin oyunları yanvarın sonunda keçirilmişdi.
Lakin həmin vaxt 5 qarşılaşma heç-heçə başa çatmışdı. Bu üzdən reqlamentə əsasən həmin komandalar təkrar görüşdə üz-üzə gəliblər. Bu dəfə digər rəqibin meydanında keçirilmiş oyunlarda aşağıdakı qərarlar qəbul olunub:
İngiltərə Federasiya Kuboku
1/16 finalın təkrar oyunları
Sauthempton – Uotford 3:0 (ilk oyun 1:1)
Plimut – Lids 1:4 (ilk oyun 1:1)
Koventri Siti – Şeffild Uensdey 4:1 (ilk oyun 1:1)
Nottingem Forest – Bristol Siti 1:1 (penaltilər 5:3) (ilk oyun 0:0)
Aston Villa – Çelsi 1:3 (ilk oyun 0:0)
Xatırladaq ki, daha öncə “Bornmut”, “Mançester Siti”, “Meydston Yunayted”, “Luton Taun”, “Lester Siti”, “Brayton” və “Nyukasl”, “Vulverhempton”, “Liverpul”, “Mançester Yunayted” və “Bləkbörn” də 1/8 finala vəsiqə qazanmışdılar.
Artıq İngiltərə Federasiya Kubokunda 1/8 final mərhələsinin cütləri də məlum olub. “Mançester Siti” bu raundda “Luton Taun”la, “Mançester Yunayted” “Nottingem Forest”lə, “Liverpul” isə “Sauthempton”la qarşılaşacaq.
Bu mərhələnin oyunlarına fevralın 28-də start veriləcək. Qaliblər yenə bir oyuna əsasən müəyyənləşəcək. Heç-heçə qeydə alınacağı halda təkrar oyunlar təşkil olunacaq.
İngiltərə Federasiya Kuboku
1/8 final
Bləkbörn – Nyukasl
Çelsi – Lids Yunayted
Bornmut – Lester Siti
Liverpul – Sauthempton
Nottingem Forest – Mançester Yunayted
Vulverhempton – Brayton
Koventri Siti – Meydston Yunayted
Luton Taun – Mançester Siti


