Futbol üzrə İngiltərə Federasiya Kubokunun qalibi bəlli olub. Arena.az xəbər verir ki, həlledici oyun “Çelsi” və “Liverpul” komandaları arasında baş tutub.
“Uembli” stadionunda keçirilən final qarşılaşmasının əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Liverpul” 6:5 hesabı ilə qalib gələrək kubokun sahibi olub.
Bununla da, “Liverpul” tarixində 8-ci dəfə İngiltərə Federasiya Kubokunu qazanıb. Bununla da Mersisayd təmsilçisi kubok sayında “Çelsi” və “Tottenhem”ə çatıb. Bu iki London klubu da 8 dəfə Federasiya Kubokunun qalibi olub. Rekord 14 dəfə çempion olmuş “Arsenal”a məxsusdur. İkinci yerdə isə bu titulu 12 dəfə qazanmış “Mançester Yunayted” var.
Sonda “Liverpul”un indiyə qədər kubok qazandığı bütün mövsümlərin siyahısını təqdim edirik: 1964–65, 1973–74, 1985–86, 1988–89, 1991–92, 2000–01, 2005–06, 2021–22
İngiltərə Federasiya Kuboku
Final
14 may
Çelsi – Liverpul 0:0 (penaltilər – 5:6)


