Futbol üzrə İngiltərə Liqa Kubokunda 2023/2024 mövsümünün 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, artıq növbəti mərhələdə hansı komandaların üz-üzə gələcəyi bəllidir.
İddialılardan “Mançester Yunayted” “Nyukasl”a rəqib olubsa, “Arsenal”ı “Vest Hem”lə duel gözləyir. “Liverpul” da 1/4 finala vəsiqə uğrunda “Bornmut”la üz-üzə gələcək. “Çelsi” isə “Bləkbörn” səddini keçməyə çalışacaq.
Qeyd edək ki, İngiltərə Liqa Kubokunda 1/8 final mərhələsinin oyunları 30 oktyabrda keçirilməlidir. Lakin həmin vaxt bəzi oyunların bir gün öncəyə və ya sonraya keçirilməsi də mümkündür.
İngiltərə Liqa Kuboku
1/8 final
30 oktyabr
Mensfild Taun – Port Veyl
Çelsi – Bləkbörn
Ekseter Siti – Midlsbro
İpsviç Taun – Fulhem
Mançester Yunayted – Nyukasl
Bornmut – Liverpul
Vest Hem – Arsenal
Everton – Börnli