İngiltərə Premyer Liqası tarixinin ilk qaradərili hakimi vəfat etdi

Futbol üzrə İngiltərə Premyer Liqası tarixinin ilk qaradərili hakimi Yuraya Renni iyunun 8-də 65 yaşında dünyasını dəyişib.

Arena.az bu barədə İngiltər Premyer Liqasının mətbuat xidmətinə istinadən məlumat verir:

“Premyer Liqa Yuraya Renninin ölüm xəbərindən dərin kədərə qərq olub. İngiltərə Premyer Liqasında ilk qaradərili hakim olmuş Yuraya, irsi yaşayaraq, gələcək nəsilləri ilhamlandıracaq bir ilk səyyah olub.
Bizim düşüncələrimiz onun ailəsi və dostları ilədir”, – Premyer Liqanın başsağlığında deyilir.

Xatırladaq ki, Renni əslən Yamaykadandır. Hakim olaraq Renni İngiltərə Premyer Liqasında 1997-ci ildə debüt edib və “Derbi Kaunti” ilə “Uimbldon” arasındakı oyunu idarə edib. Renni 300-dən artıq oyunda ədaləti təmsil edib, bu oyunların 175-i İngiltərə Premyer Liqasına təsadüf edir.

Renni hakimlik karyerasına 2008-ci ildə xitam verib. Maraqlıdır ki, İngiltərə Premyer Liqasında ikinci qaradərili hakimin yolunu futbol ictimaiyyəti 15 il gözləməli olub. 2003-cü ildə Sem Ellison “Şeffild Yunayted” və “Luton”u meydana çıxarmaqla, müvafiq ünvana sahib olub.

Əlavə edək ki, Renni ölümündən bir müddət əvvəl mübtəla olduğu, aşağı ətraflarını iflic etmiş nadir xəstəlikdən əziyyət çəkirdi.