İngiltərə Premyer Liqasının ən sürətli futbolçuları

İngiltərə Premyer Liqasının başa çatmış 2022/2023 mövsümündə mütləq sürəti ilə fərqlənmiş futbolçuların adı məlum olub.

Arena.azOpta” statistik portalının təqdim etdiyi nəticələri açıqlayır:

  1. “Mançester Siti”nin sağ cinah müdafiəçisi Kayl Uolker (37,31 km/saat);
  2. “Nottingem Forest”in yarımmüdafiəçisi Brennan Conson (36,7 km/saat);
  3. “Çelsi”nin yarımmüdafiəçisi Mixaylo Mudrik (36,63 km/saat);
  4. “Nyukasl”ın yarımmüdafiəçisi Entoni Qordon (36,61 km/saat).
  5. “Liverpulun hücumçusu Darvin Nunyes (36,53 km/saat)

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 2022/2023 mövsümünün qalibi 89 xal toplamış “Mançester Siti” olub. “Arsenal” 84 xalla ikinci, “Mançester Yunayted” 75 xalla üçüncü yeri tutub.