Barzar ertəsi, fevralın 5-də futbol üzrə İngiltərə Premyer Liqasının bir turu ərzində vurulmuş qolların sayı üzrə rekord yenilənib.
Arena.az məlumat verir ki, Premyer Liqanın 23-cü turu çərçivəsində keçirilmiş “Brentford” – “Mançester Siti” oyunu “şəhərlilər”in 3:1 hesablı səfər qələbəsi ilə başa çatıb.
Beləliklə, İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində vurulmuş qolların ümumi sayı 45 olub. Bu rəqəm Premyer Liqa tarixinə mütləq rekoqd olaraq düşüb. Əvvəlki rekord 2020/2021 və 2022/2023 mövsümlərində bir turda 44 qol olub.
Hazırda İngiltərə Premyer Liqasında bir matç üçün orta qol 3,2-dir. Bu sürətlə 2023/2024 mövsümünün də qol rekordu qıra bilər. Bu mənada rekord ötən mövsüm müəyyən edilib – 1084 qol. Bu mövsüm hazırkı templə davam edərsə, çempionatın sonuna qədər təxminən 1216 qol vurulacaq.
Hazırda Premyer Liqanın turnir cədvəlinə 23 oyundan 51 xal toplamış “Liverpul” başçılıq edir. 22 oyundan 49 xal toplamış “Mançester Siti” isə 2-ci pillədə qərarlaşsa da, potensial lider statusundadır.


