İngiltərə UEFA yarışlarından kənarlaşdırıla bilər

İngiltərə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) bayrağı altında keçirilən yarışlardan kənarlaşdırıla bilər.

Arena.az bu barədə “The Telegraph” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, ölkə həmçinin 2028-ci il Avropa çempionatına ev sahibliyi etmək hüququndan da məhrum edilə bilər.

Buna səbəb hökumətin futbola müdaxiləsi göstərilir.

İngiltərəyə qadağa, əsasnaməsi Böyük Britaniyanın siyasi partiyaları tərəfindən təklif edilmiş müstəqil futbol tənzimləyicisinin mümkün meydana çıxması səbəbindən baş verə bilər. Bu tənzimləyici qurum klubların lisenziyalaşdırılmasına nəzarət etməli, onların sahiblərini və rəhbərliyini yoxlamalı, vacib qərarlar qəbul edərkən azarkeşlərə seçim hüququ verməlidir.

Xatırladaq ki, İngiltərə hazırda öz adi futbol həyatını sürür. Hadisələrin inkişafda və UEFA-nın müşahidə dairəsində olduğu vurğulanır.