İngiltərə yığması Braziliya millisi ilə oyun ərəfəsində 4 itki verdi

İngiltərə yığması Braziliya millisi ilə beynəlxalq yoldaşlıq oyunu ərəfəsində 4 futbolçusunun xidmətindən məhrum olub.

Arena.az bu barədə “Evening Standard” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, hücumçular Harri Keyn, Bukayo Saka və yarımmüdafiəçilər Koul Palmer və Cordan Henderson İngiltərə yığmasının məşqində iştirak etməyiblər. Futbolçular idman zalında məşq edərək, milli komandanın Çərşənbə günü keçirilmiş məşqini buraxıblar.

Saka, Palmer və Hendersonun fərdi proqramla məşq etməsinin səbəbi hələ də aydın deyil. Keyn isə Bundesliqanın 26-cı turu çərçivəsində keçirilmiş “Bayern” – “Darmştadt” oyununda (5:2) dirəklə toqquşduqdan sonra topuğun zədə alıb və məşqdə iştirak etməyib.

Xatırladaq ki, İngiltərə yığması martın 23-ü Şənbə günü “Uembli”də Braziliya millisini qəbul edəcək. Çərşənbə axşamı, martın 26-da isə “Uembli”də ingilislərə Belçika yığması qonaq olacaq.