İngiltərədə adı açıqlanmayan futbolçu zorlamada ittiham olunur

London polisi zorlamada təqsirləndirilən İngiltərə Premyer Liqasının adı açıqlanmayan futbolçusunun işini araşdırır.

Arena.az “The Telegraph” dərgisinə istinadən məlumat verir ki, polis adı açqlanmayan bu futboluya qarşı Kral Prokurorluğu Xidmətinə sübut təqdim edib.

Mənbənin məlumatına görə, prokurorlar tam məlumatı əldə ediblər və xəfiyyələrlə işə başlayıblar. İttihamla polisə müraciət edənlər paytaxt polisi tərəfindən bütün gərəkli dəstəyi alırlar.

Vurğulanır ki, futbolçunun adı hüquqi səbəblərdən açıqlanmır.

Xatırladaq ki, 2023-cü ildə adları açıqlanmayan iki qadın, bir il əvvəl artıq üç qadına təcavüz etməkdə ittiham edilmiş, İngiltərə Premyer Liqası oyunçusunu, onları zorlamaqda ittiham edib. Daha sonra, adı açıqlanmayan futbolçunun 2022-ci ilin iyulunda həbs edildikdən sonra zamində olduğu bildirilib.

Xəbəri istədiklərinizlə paylaşın