İngiltərədə futbol hakimi azyaşlıya qarşı zorakılıqda ittiham edildi

İngiltərədə ingilis futbol hakimi Qaret Vikkarsa qarşı irəli sürülmüş, azyaşlıya zorakılıq ittihamı ictimaiyyətdə böyük qalmaqal yaradıb.

Arena.az bu barədə “The Sun” nəşrinə istinadən məlumat verir.

Vikkars azyaşlıya qarşı cinsi təcavüzdə ittiham edilir. Hadisə 2021-ci ilin noyabr ayında Londonda baş verib.

Vurğulanır ki, 46 yaşlı Vikkars 15 yaşlı qızla cinsi əlaqədə təqsirləndirilir. Bu iş üzrə ilk dinləmə cari ilin fevral ayının 7-də baş tutub, Vikkars nəzarət altına alınıb. Mart ayının əvvəlində isə məhkəmə işi davam etdiriləcək.

Xatırladaq ki, ötən ildən Qaret Vikkars futbol hakimi olaraq çalışmır. Özünün sonuncu oyununu – “Çarlton”la “Derbi Kaunti” arasında baş tutan qarşılaşmasını Vikkars 2004-cü ilin fevral ayında idarə edib.