İngiltərədə penalti ilə bağlı yeni qaydalar dərc edildi

İngiltərədə “təbii vəziyyətdə” əllə oyun qeydə alındığı halda penalti təyin edilməsi ilə bağlı yeni qaydalar açıqlanıb.

Arena.az “Sky Sports” dərgisinə istinadən məlumat verir ki, qaydalar İngiltərə Peşəkar Hakimlər Şurası (PGMOL) tərəfindən təqdim edilib:

“Əgər oyunçu qapıya zərbə endirirsə və ya ötürmə edirsə və top (başqa) oyunçunun ayağına dəysə, istiqamətini dəyişsə və təbii vəziyyətində olan ələ dəysə, biz bunu penalti hesab etməyəcəyik”, – yeni sənəddə bildirilir.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının yeni mövsümü avqustun 16-da başlayacaq. “Mançester Yunayted” və “Fulhem” yeni mövsümün ilk oyununda üz-üzə gələcəklər. Oyun avqustun 16-da, Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.

Ötən mövsümün İngiltərə çempionu isə artq 4-cü dəfə ardıcıl bu ada sahib olmaqla mütləq rekord müəyyənləşdirmiş “Mançester Siti”dir.