Azərbaycanın çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov dünyanın ali futbol qurumu tərəfindən beynəlxalq turnirə təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, İnqilab Məmmədov çimərlik futbolu üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinə təyinat alıb. Seçmə mərhələnin oyunları oktyabrın 4-dən 13-nə qədər İspaniyanın Kadis şəhərində keçiriləcək.