“İnter” büdrədi, “Milan” qalib gəldi

Futbol üzrə İtaliya A Seriyasında 6-cı tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Turun açılış matçında “Milan” səfərdə “Spetsiya” ilə qarşılaşıb və qələbə qazanıb.

Milanın digər təmsilçisi “İnter” isə “Atalanta”nı qəbul edib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Altı qolluq “Cenoa” – “Verona” görüşü də heç-heçə bitib.

İtaliya A Seriyası
6-cı tur
25 sentyabr

Spetsiya – Milan 1:2
Qol: Verde, 80 – Maldini, 48. B.Dias, 86.

İnter – Atalanta 2:2
Qol: L.Martines, 5. Dzeko, 71 – Malinovski, 30. Toloy, 38.

Cenoa – Verona 3:3
Qol: Krişito, 77; 80. Destro, 85 – Simeone, 8. Barak, 49. Kaliniç, 90+1.

26 sentyabr

14:30. Yuventus – Sampdoriya
17:00. Sassuolo – Salernitana
17:00. Udineze – Fiorentina
17:00. Empoli – Bolonya
20:00. Latsio – Roma
22:45. Napoli – Kalyari

27 sentyabr

22:45. Venetsiya – Torino