“İnter” İtaliya Kubokunda yarımfinala yüksəldi

Bu gün futbol üzrə İtaliya Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də bir qarşılaşma baş tutub.

“İnter” doğma meydanda “Latsio”nu sınağa çəkib. İki qolun qeydə alındığı oyundan inamlı qələbə ilə ayrılmış milanlılar yarımfinala vəsiqə qazanıblar.

Xatırladaq ki, “Bolonya” və “Milan” klubları da yarımfinala yüksəlmişdilər. “İnter” yarımfinalda məhz “Milan”la üz-üzə gələcək.

İtaliya Kubokunda 1/4 final mərhələsinin qalan bir oyunu sabah “Yuventus”la “Empoli” arasında baş tutacaq.

İtaliya Kuboku
1/4 final
4 fevral

Atalanta – Bolonya 0:1
Qol: S.Kastro, 80.

5 fevral

Milan – Roma 3:1
Qollar: T.Abraham, 16; 42. J.Feliks, 72 – Dovbik, 54.

25 fevral

İnter – Latsio 2:0
Qollar: Arnautoviç, 39. H.Çalhanoğlu, 77-pen.

26 fevral

00:00. Yuventus – Empoli