“İnter” məğlubiyyətsizlik silsiləsini 17 oyuna çatdırdı

Ötən gecə – fevralın 10-da İtaliya A Seriyasının 23-cü turu çərçivəsində “İnter” səfərdə “Roma”nı məğlub edib – 4:2.

Arena.az məlumat verir ki, bu qələbə sayəsində Milan təmsilçisi cari mövsümdə A Seriyasında məğlubiyyətsiz oyunlarının sayını 17-yə çatdırıb.

Sözügedən komanda A Seriyasında sonuncu dəfə sentyabrın 27-də, “Sassuolo” ilə oyunda məğlub olub – 1:2. “Neradzurri” növbəti 17 çempionat oyununda 14 qələbə qazanıb, 3 heçə-heçə edib. Milanlılar “Salernitana” (4:0), “Torino” (3:0), “Roma” (1:0), “Atalanta” (2:1), “Frozinone” (2:0), “Napoli” (3:0), “Udineze” (4:0), “Latsio” (2:0), “Leççe” (2:0), “Verona” (2:1), “Montsa” (5:1), “Fiorentina” (1:0), “Yuventus” (1:0) və “Roma” (4:2) üzərində qələbə qazanıblar. Simone İnzaqinin yetirmələri həmçinin “Bolonya” (2:2), “Yuventus” (1:1) və “Cenoa” (1:1) ilə heç-heçə ediblər.

İndi “İnter” İtaliya S Seriyasının 23 turundan sonra turnir cədvəlinin 60 xalla vahid lideridir.