“İnter” – “Roma”nı “Olimpiko”da ardıcıl 5 dəfə yenən ilk klub!

Məlum olduğu kimi, “İnter” İtaliya A Seriyasının 7-ci turu çərçivəsində “Roma”nı “Olimpiko”da 1:0 hesabı ilə məğlub edib.

Arena.az məlumat verir ki, bu qələbə sayəsində Milan klubu İtaliya A Seriyasında mütləq rekord müəyyənləşdirib.

Belə ki, “neradzurri” ölkə çempionatlarında “canavarlar”ı “Olimpiko”da ardıcıl 5 dəfə məğlub etməyi bacarmış ilk klub ünvanına sahib olub.

Buna qədər 2024-ci ilin oktyabr ayının 20-də “İnter” səfərdə 1:0 hesablı qələbə qazanmışdı. Daha əvvəl isə 3 oyun – müvafiq olaraq 4:2, 2:0 və 3:0 hesabları iə “neradzurri”nin xeyrinə başa çatıb.
Sonuncu dəfə “Roma” doğma meydanında bu rəqibinə 2021-ci ilin yanvar ayının 10-da məğlub olmayıb. Onda “canavarlar” 2:2 hesablı heç-heçə ilə kifayətlənmişdilər.

Xatırladaq ki, İtaliya A Seriyasının geridə qalmış 7 turundan sonra hər iki komandanın hesabında 15 xal var. Turnir cədvəlinə 16 xalı olan “Milan” rəhbərlik edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: