“İnter” Sesar Aspilikuetanı heyətinə qatmaq istəyir

“İnter” “Çelsi”nin ispan universal müdafiəçisi Sesar Aspilikuetanı yay transfer pəncərəsi ərzində mümkün transferləri siyahısına daxil edib.

Arena.az bu haqda italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, artıq klublar arasında bu xüsusda ilkin danışıqlar aparılıb. Milanlılar yaxın gələcəkdə müqaviləni bağlamaq üçün bütün səylərini səfərbər edəcəklər.

33 yaşlı Sesar Aspilikueta 2012-ci ildən “Çelsi”də çıxış edir. Müdafiəçinin London klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

2022/2023 mövsümündə Aspilikueta “zadəganlar”ın heyətində 32 oyuna çıxıb.

“Transfermarkt” internet-portalı Sesar Aspilikuetanı 5 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl “İnter”in “Çelsi”nin daha bir müdafiəçisi ilə maraqlandığı haqda məlumat yayılmışdı.