“İnter” xal itirdi, “Milan” və “Roma” qalib gəldi

Futbol üzrə İtaliya A Seriyasında 3-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları bazar gününə təsadüf edib.

Son çempion “İnter” “Sampdoriya” səfərinə yollanıb. Milanlılar bu görüşdən xal itkisi ilə ayrılıblar. Bu şəhərin digər təmsilçisi “Milan” isə “Latsio”nu sınağa çəkib və doğma meydanda inamlı qələbəyə sevinib. “Roma” da “Sassuolo”nu məğlub yola salıb.

Beş qolun qeydə alındığı “Kalyari” – “Cenoa” matçında qonaqlar qələbə qazanan tərəf olub. “Udineze” də “Spetsiya” ilə səfər oyunundan qalib ayrılıb. “Torino” isə doğma meydanda “Salernitana”ya böyük hesabla qalib gəlib.

İtaliya A Seriyası
3-cü tur
11 sentyabr

Empoli – Venetsiya 1:2
Qol: Bayrami, 89-pen – Henri, 13. Okereke, 68.

Napoli – Yuventus 2:1
Qol: Politano, 57. Kulibali, 85 – Morata, 10.

Atalanta – Fiorentina 1:2
Qol: Sapata, 65-pen – Vlahoviç, 33-pen; 49-pen.

12 sentyabr

Sampdoriya – İnter 2:2
Qol: Yoşida, 32. Auqello, 47 – Dimarko, 18. L.Martines, 44.

Kalyari – Cenoa 2:3
Qol: J.Pedro, 16-pen. Çeppitelli, 56 – Destro, 59. Fares, 69; 78.

Spetsiya – Udineze 0:1
Qol: Samardziç, 89.

Torino – Salernitana 4:0
Qol: Sanabriya, 45. Bremer, 65. Pobeqa, 87. Lukiç, 90+1.

Milan – Latsio 2:0
Qol: Leao, 45. İbrahimoviç, 67.

Roma – Sassuolo 2:1
Qol: Kristante, 37. El Şaravi, 90+1 – Dyuriçiç, 57.

13 sentyabr

22:45 Bolonya – Verona