“İnter”dən darmadağın, “Latsio”dan inamlı qələbə

Futbol üzrə İtaliya A Seriyasında 18-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçında “Latsio” “Cenoa”nı qəbul edib. Dörd qolun qeydə alındığı matçda meydan sahibləri inamlı qələbəyə seviniblər.

Son çempion “İnter” isə “Salernitana”nı sınağa çəkib. Milan təmsilçisi səfərdə 5 cavabsız qolla qalib gəlib.

“Yuventus” bu turda “Bolonya” səfərinə yollanacaq. Joze Mourinyolu “Roma” isə Berqamoda “Atalanta”nın qonağı olacaq.

Turun mərkəzi görüşündə “Milan” “Napoli” ilə üz-üzə gələcək.

İtaliya A Seriyası
18-ci tur
17 dekabr

Latsio – Cenoa 3:1
Qol: Pedro, 36. Açerbi, 75. Zakkayni, 81 – Meleqoni, 86.

Salernitana – İnter 0:5
Qol: Perişiç, 11. Dumfris, 33. A.Sançes, 52. L.Martines, 77. Qalyardini, 87.

18 dekabr

18:00 Atalanta – Roma
21:00 Bolonya – Yuventus
23:45 Kalyari – Udineze

19 dekabr

15:30 Fiorentina – Sassuolo
18:00 Spetsiya – Empoli
21:00 Sampdoriya – Venetsiya
21:00 Torino – Verona
23:45 Milan – Napoli

Xəbəri sosial şəbəkələrdə paylaş: