“İnter”dən Lionel Messiyə 200 milyon avroluq təklif

MLS klubu “İnter Mayami” PSJ-nin argentinalı ulduz hücumçusu Lionel Messiyə fantastik müqavilə təklif edib.

Arena.az “Sport.es”ə istinadən xəbər verir ki, müqavilə 50 milyon dollar əməkhaqqı müqabilində 4 mövsüm üçün nəzərdə tutulub.

Mənbənin verdiyi məlumata görə, Mayami “İnter”i Messinin Mayamidə evi olduğunu əsas gətirərək, ulduz futbolçunu razı salacağını ümidlə gözləyir.

Həmçinin, ABŞ klubu ispaniyalı yarımmüdafiəçi Serxio Busketsi də transfer etmək fikrindədir.

“İnter”in təklifi Səudiyyə Ərəbistanından gələn təklif qədər cəlbedici olmasa da, ABŞ, Kanada və Meksikanın 2026-cı ildə dünya çempionatına birlikdə ev sahibliyi edəcəyi amili üstünlük kimi Messinin xeyrinə ola bilər.

Xatırladaq ki, Lionel Messi 2022/2023 mövsümündə PSJ-nin heyətində 40 oyunda meydana çıxıb. O, bu görüşlərdə 21 qol və 20 məhsuldar ötürmə müəllifi olmaqla komandasının Fransa çempionluğunu qazanmasında böyük pay sahibinə çevrilib.