“İnter”in prezidenti ÇL-in finalı haqda: “Pullar həmişə qalib gəlmir”

İnter”in prezidenti Stiven Çjan Çempionlar Liqasının finalında “Mançester Siti”yə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, çinli iş adamı “Gazzetta dello Sport” nəşrinə verdiyi müsahibəsində bunları söyləyib:

“Düzünü desəm, bu haqda xəyal edirdim. Çempionatlar arasındakı fərqi anlayaraq, bu məqsədə çatmağın çətin olacağını da bilirdim.
Ancaq futbol maraqlıdır, çünki pullar həmişə qalib gəlmir. Pulları ideyalarla, ehtirasla və bacarıqlarla əvəz etmək olar. Biz ümidvarıq ki, sabah da belə olacaq.

“Mançester Siti”yə hörmət edirəm. Bu, əla komandadır. Ancaq hesab edirəm ki, bizim onlara müqavimət göstərməyə imkan verəcək keyfiyyətlərimiz var.

Çempionlar Liqasında qalib gələcəyimizin necə bir mənzərə yaradacağı haqda dəfələrlə düşünmüşəm. Bu haqda hətta xəyal etmək belə, mümkünsüz görünürdü. Ancaq biz indi finaldayıq və çalışacağıq.

Biz birik. Simone İnzaqi demişkən, bizim qorxumuz yoxdur. Biz bu oyunda oynaya bilmək imkanının intizarında olduğumuz üçün həyəcanlıyıq. Biz inanırıq”.

Xatırladaq ki, Çempionlar Liqasının finalı çərçivəsində keçiriləcək “İnter” – “Mançester Siti” oyunu iyunun 10-da İstanbulun “Atatürk Olimpiya Stadionu”nda baş tutacaq.