İnzaqi Madrid “Atletiko”su üzərində qələbəni şərh etdi

“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının 1/8 final mərhələsində Madrid “Atletiko”su üzərindən qələbəni (1:0) şərh edib.

Arena.az “Pazzi di Fanta” dərgisinə istinadən, italyan mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Uşaqlar fiziki və texniki cəhətdən güclü komandaya qarşı müstəsna səmərə göstərdilər. Heyf ki, yalnız 1:0 hesabı ilə qalib gəldik.

Marko Arnautoviçin meydana çıxmasına şadam. Onların Aleksi Sançesə münasibəti və meydança çıxma tərzi xoşuma gəlir. İkinci hissədə əla idik”, deyə İnzaqi fərəhlə bildirib.

Tərəflər cavab oyununu martın 13-də Madriddə keçirəcəklər.