Fransanın “Olimpik” (Marsel) komandasının baş məşqçisi İqor Tudor Liqa 1 təmsilçisindən ayrılmağa qərar verib.
Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçinin rəsmi saytı məlumat yayıb.
Xorvatiyadan olan 45 yaşlı mütəxəssis bu qərarı ilə bağlı bunları söyləyib:
“Bu komandada işləmək, bu ailənin bir hissəsi olmaq, xüsusi enerjisi olan bir şəhərdə çalışmaq şərəf idi. Mən şəxsi və peşəkar səbəblərdən ayrılmaq qərarına gəldim. Başqa klubla anlaşmam yoxdur”.
Xatırladaq ki, İqor Tudor 2022-ci ilin iyul ayından Marsel “Olimpik”inə rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 48 oyuna çıxarıb. Bu görüşlərdə 27 qələbə qazanmış marsellilər 7 heç-heçə edib, 14 məğlubiyyətə üzülüblər. “Olimpik” bu məşqçinin rəhbərliyi altında mövsümü 73 xalla 3-cü pillədə başa vurub. Komanda Fransanı UEFA Çempionlar Liqasında təmsil edəcək.
Xatırladaq ki, İqor Tudor daha öncə “Hayduk” (Split), PAOK, “Karabükspor”, “Qalatasaray”, “Udineze”, “Verona” kimi komandalarda da baş məşqçi olub.


