İqor Tudor “Verona” ilə vidalaşdı

İtaliyanın “Verona” klubu baş məşqçi İqor Tudor ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

44 yaşlı mütəxəssisin müddəti başa çatan müqaviləsi yenilənməyib. O, 2021-ci ilin sentyabr ayından “Verona”nı çalışdırırdı. Sözügedən komanda xorvatiyalı məşqçinin rəhbərliyi altında İtaliya A Seriyasını 53 xalla 9-cu pillədə başa vurub. “Verona” Tudorun rəhbərliyi altında meydana çıxdığı 37 oyunda 15 qələbə qazanıb, 11 heç-heçə edib və 11 məğlubiyyətlə üzləşib.

İqor Tudor daha öncə “Hayduk”, PAOK, “Karabükspor”, “Qalatasaray” və “Udineze”də baş məşqçi olub, “Yuventus”da isə köməkçi kimi çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: