İsak Hin “Verona”nı “Atalanta”ya dəyişdi – 9 milyona avroya

Futbol üzrə İsveç milli komandasının və “Verona”nın mərkəz müdafiəçisi İsak Hin İtaliyanın digər klubu “Atalanta”ya keçib.

Arena.az xəbər verir ki, bu barədə Berqamo təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

24 yaşlı futbolçu ilə 4,5 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. “Atalanta” bu transfer üçün “Verona”ya 9 milyon avro ödəyib.

İsak Hin “Verona”ya 2022/2023 mövsümünün əvvəlində İsveçin “Yurqorden” klubundan 3,2 milyon avro qarşılığında transfer olunmuşdu. O, İtaliya təmsilçisinin heyətində meydana çıxdığı 44 oyunda 3648 dəqiqə oynayıb.

Ölkəsində “Vasalund”un da uğurları üçün çalışmış Hin, 2022-ci ilin sentyabrında debüt etdiyi İsveç milli komandasında 8 oyun keçirib.