İsgəndər Əsgərov Gürcüstan – Litva matçına təyinat aldı

Beynəlxalq dərəcəli deleqat, tanınmış həndbol mütəxəssisi İsgəndər Əsgərov Avropa Həndbol Federasiyası (EHF) tərəfindən yeni təyinat alıb. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyasının (AHF) mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, təcrübəli mütəxəssis kişi həndbolçuların Avropa çempionatının (AÇ-2024) təsnifat mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan – Litva görüşündə EHF nümayəndəsi olacaq.

Martın 8-də Gürcüstanın paytaxtı Tiflis şəhərində təşkil olunacaq oyunu kiprli hakimlər briqadası idarə edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: