İtaliyanın “Milan” klubu yarımmüdafiəçisi İsmael Bennaser ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Əlcəzairdən olan futbolçu ilə yeni müqavilənin müddəti 2027-ci ilin iyununa qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 2024-cü ilin yayında bitəcəkdi.
Xatırladaq ki, İsmael Bennaser Fransanın “Arl” klubunun yetirməsidir. O, 2015-2017-ci illər aralığında İngiltərənin “Arsenal” klubunda olsa da, bu komandada rəsmi oyuna çıxmayıb. London təmsilçisi onu həmin vaxt “Tur”a icarəyə də verib. 2017-ci ildə “Arsenal”dan ayrılan futbolçu İtaliyanın “Empoli” klubuna keçib. 2019-cu ilin avqustunda “Milan” 17.2 milyon avro ödəməklə əlcəzairli futbolçunu heyətinə qatıb. 25 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 129 oyuna çıxıb, 4 qol vurub, 8 məhsuldar ötürmə edib.