İspaniya Kubokunda 1/16 final mərhələsinə yekun vuruldu

Ötən gecə futbol üzrə İspaniya Kubokunda 2023/2024 mövsümünün 1/16 final mərhələsinin oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 10 qarşılaşma baş tutub.

Lakin onlardan biri başa çatmayıb. Belə ki, “Yunionistas”la “Vilyarreal” arasındakı oyun hesab 1:1 olarkən dayandırılıb. Bu oyunun taleyi ilə bağlı qarşıdakı günlərdə qərar veriləcək.

Baş tutan oyunlara gəlincə, La Liqa təmsilçilərindən “Barselona” və “Sevilya”nın aşağı liqa təmsilçilərini çətinliklə yolundan kənarlaşdırması diqqət çəkib. “Selta”, “Malyorka”, “Osasuna”, “Atletik”, “Valensiya” və “Real Sosyedad” da sürprizə imkan verməyib. “Tenerife” ilə qarşıalaşan “Las Palmas” isə 2 cavabsız qolla uduzaraq İspaniya Kuboku ilə vidalaşıb.

Xatırladaq ki, daha öncə “Real, “Atletiko”, “Alaves”, “Rayo Valyekano”, “Jirona” və “Xetafe” də İspaniya Kubokunda 1/16 final mərhələsinə vəsiqə qazanmışdı.

İspaniya Kuboku
1/16 final mərhələsi
6 yanvar

Alaves – Betis 1:0

Hueska – Rayo Valyekano 0:2

Elçe – Jirona 0:2

Espanyol – Xetafe 0:1

Luqo – Atletiko 1:3

Arandina – Real 1:3

7 yanvar

Amorebieta – Selta 2:4

Burxos – Malyorka 0:3

Kastelyon – Osasuna 0:1

Ferrol – Sevilya 1:2

Yunionistas – Vilyarreal 1:1 (yarıda qalıb)

Eybar – Atletik 0:3

Karxatena – Valensiya 1:2

Barbastro – Barselona 2:3

Malaqa – Real Sosyedad 0:1

Tenerife – Las Palmas 2:0