İspaniya kubokunda 1/4 final mərhələsinin püşkü atıldı

Futbol üzrə İspaniya Kubokunda 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib. Arena.az xəbər verir ki, turnirin əsas favoritlərindən sayılan “Real” yarımfinala çıxmaq üçün “Atletik”lə qarşılaşacaq.

Hansı ki, Bilbao təmsilçisi 1/8 finalda “Barselona”nı mübarizədən kənarlaşdırıb. “Valensiya” isə “Kadis”lə üz-üzə gələcək.

İspaniya Kubokunda 1/4 final mərhələsinin oyunları fevralın 2-3-də keçiriləcək.

İspaniya Kuboku
1/4 final

Atletik – Real
Real Sosyedad – Betis
Valensiya – Kadis
Rayo Valyekano – Malyorka