Futbol üzrə İspaniya kubokunda 1/8 final mərhələsinin püşkü atılıb. Arena.az xəbər verir ki, turnirin əsas favoritləri olan “Real”la “Barselona”nın da növbəti rəqibləri müəyyənləşib.
Madrid təmsilçisi 1/4 finala vəsiqə uğrunda “Elçe” ilə mübarizə aparacaq. Kataloniya təmsilçisinin rəqibi isə “Atletik” olacaq. Madridin digər təmsilçisi “Atletiko” da “Real Sosyedad”la qarşılaşacaq.
İspaniya kubokunda 1/8 final mərhələsinin oyunları 15, 16, 19 və 20 yanvar tarixlərində keçiriləcək.
İspaniya kuboku
1/8 final
Sportinq (Xixon) – Kadis
Elçe – Real
Atletik – Barselona
Atletiko (Baleares) – Valensiya
Malyorka – Espanyol
Real Sosyedad – Atletiko (Madrid)
Jirona – Rayo Valyekano
Betis – Sevilya


