İspaniya La Liqasının ən bahalaşmış futbolçuları məlum oldu

“Transfermarkt” internet-portalı aralıq yeniləmənin nəticələrinə əsasən İspaniya La Liqasının ən bahalaşmış futbolçularını təqdim edib.

Arena.az məlumat verir ki, siyahının zirvəsində “Barselona”nın 17 yaşlı ispan mərkəz müdafiəçisi Pau Kubarsi yer alıb.

Siyahıda 2-ci pillədə “Alves”in 19 yaşlı ispaniyalı mərkəz hücumçusu Samuel Omorodion qərarlaşıb. İlk üçlüyü isə “Barselona”nın 16 yaşlı ispaniyalı sağ vingeri Lamin Yamal qapayır.

İspaniya La Liqasının ən bahalaşmış futbolçularının ilk onluğunu təqdim edirik:

  1. Pau Kubarsi (“Barselona”, 25 (+23,5) milyon avro);
  2. Samuel Omorodion (“Alaves”, 40 (+20) milyon avro);
  3. Lamin Yamal (“Barselona”, 75 (+15) milyon avro);
  4. Braim Dias (“Real”, 35 (+15) milyon avro);
  5. İsaak Romero (“Sevilya”, 15 (+14,6) milyon avro);
  6. Savio (“Jirona”, 40 (+10) milyon avro);
  7. İlyas Axomaş (“Sevilya”, 12 (+9) milyon avro);
  8. Andrey Lunin (“Real”, 16 (+8) milyon avro);
  9. Uqo Duro (“Valensiya”, 16 (+8) milyon avro);
  10. Meyson Qrinvud (“Xetafe”, 15 (+7,5) milyon avro).