İspaniya La Liqasının ən bahalı heyətə malik klubları açıqlandı

“Transfermarkt” internet-portalı aralıq yeniləmənin nəticələrinə əsasən İspaniya La Liqasının ən bahalı heyətə malik klublarını açıqlayıb.

Arena.az məlumat verir ki, siyahının zirvəsində İspaniya nəhəngi “Real” qərarlaşıb.

“Kral klubu”nun heyəti 1,04 milyard avro məbləğindədir. Ötən yenilənmə ilə müqayisə də, “Real”ın heyəti 1 milyon avro məbləğində ucuzlaşıb.

İspaniya La Liqasının ən bahalı heyətə malik klublarının ilk onluğunu təqdim edirik. Mötərizədə ötən yenilənmə ilə müqayisədə artım və ya azalma məbləği əks edilib:

“Real” – 1,04 milyard avro (-1 milyon avro);
“Barselona” – 840 milyon avro (-24 milyon avro);
“Real Sosyedad” – 479 milyon avro (-9 milyon avro);
“Atletiko” (Madrid) – 418 milyon avro (-37 milyon avro);
“Atletik” (Bilbao) – 261 milyon avro (+18 milyon avro);
“Jirona” – 247 milyon avro (+24 milyon avro);
“Valensiya” – 216 milyon avro (+19 milyon avro);
“Vilyarreal” – 213 milyon avro (-3 milyon avro);
“Sevilla” – 212 milyon avro (+19 milyon avro);
“Betis” – 199 milyon avro (-4 milyon avro).