İspaniya millisi şəxsi rekordunu yenilədi

UEFA Millətlər Liqasının 6-cı turunda İsveçrə yığmasına qarşı oyunda 3:2 hesablı ev qələbəsi İspaniya millisi üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, qələbə sayəsində İspaniya yığması 2024-cü ildə keçirdiyi 17-ci oyununda 14-cü qələbəsini rəsmiləşdirib.

Bu, bütün rəsmi yarışlar çərçivəsindəki oyunlar və yoldaşlıq görüşləri də daxil olmaqla, “qırmızı qəzəb”in tarixində mütləq rekorddur.

Əlavə edək ki, 2024-cü ildə 2 oyunu heç-heçə başa vurmuş İspaniya yığmasının yeganə məğlubiyyəti martın 23-də Kolumbiya yığmasın ilə yoldaşlıq görüşünə təsadüf edib – 0:1.

İspaniya millisi əvvəlki ən yaxşı nəticəsini 2010-cu il əldə etmişdi. O zaman “qırmızı qəzəb” yoldaşlıq görüşləri də daxil olmaqla 17 oyundan 13-də qalib gəlmişdi (1 heç-heçə və 3 məğlubiyyət). Bundan əlavə, 2010-cu ildə İspaniya yığması Cənubi Afrika Respublikasında keçirilmiş dünya çempionatının qalibi olmuşdu.

Xatırladaq ki, İspaniya yığmasının son uğuru 2024-cü ildə Almaniyada keçirilmiş Avropa çempionatında qalibiyyətdir.

UEFA Millətlər Liqasının A Liqasının 4-cü qrupunu 16 xalla zirvədə tamamlamış “qırmızı qəzəb” yarışın 1/4 final mərhələsinə vəsiqəsini də təmin edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: