Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünün qrup mərhələsinin 5-ci turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, turun ikinci oyun günündə A, C və D liqaları çərçivəsində daha 9 görüş baş tutacaq.
A Liqasının 4-cü qrupunda sonuncu Avropa çempionu İspaniya millisi Danimarkanın qonağı olacaq. Qrupun digər oyununda İsveçrə və Serbiya yığmaları qarşılaşacaqlar.
A Liqasının 1-ci qrupunda isə Portuqaliya yığması Polşanı, Şotlandiya millisi Xorvatiyanı qəbul edəcək.
Qeyd edək ki, UEFA Millətlər Liqasında qrup mərhələsinin 5-ci turunun qalan oyunları sabah – noyabrın 16-da keçiriləcək. Azərbaycan millisi də sabah Estoniya yığmasını qəbul edəcək.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 5-ci tur
15 noyabr
A Liqası, 1-ci qrup
23:45. Şotlandiya – Xorvatiya
23:45. Portuqaliya – Polşa
Xallar: Portuqaliya – 10. Xorvatiya – 7. Polşa – 4. Şotlandiya – 1.
A Liqası, 4-cü qrup
23:45. Danimarka – İspaniya
23:45. İsveçrə – Serbiya
Xallar: İspaniya – 10. Danimarka – 7. Serbiya – 4. İsveçrə -1.
C Liqası, 2-ci qrup
21:00. Kipr – Litva
23:45. Rumıniya – Kosovo
Xallar: Rumıniya – 12. Kosovo – 9. Kipr – 3. Litva – 0.
C Liqası, 3-cü qrup
21:00. Şimali İrlandiya – Belarus
23:45. Lüksemburq – Bolqarıstan
Xallar: Şimali İrlandiya – 7. Belarus – 6. Bolqarıstan – 5. Lüksemburq – 2.
D Liqası, 1-ci qrup
23:45. San Marino – Cəbəllütariq
Xallar: Cəbəllütariq – 5. San Marino – 3. Lixtenşteyn – 2.


