Futbol üzrə İspaniya milli komandasının daha bir futbolçusunda koronavirus aşkarlanıb. Arena.az xəbər verir ki, yığmanın müdafiəçisi Dieqo Lyorentenin koronavirus testi müsbət çıxıb.
Bu barədə İspaniya milli komandasının mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl İspaniya yığmasında Serxio Busketsdə koronavirus aşkarlanmışdı. Bu üzdən də o, karantinə alınmışdı.
Qeyd edək ki, AÇ-2020 11 iyun – 11 iyul aralığında keçiriləcək. İspaniya millisi qitə birinciliyindəki ilk matçını iyunun 14-də İsveç yığmasına qarşı keçirəcək.