İspaniya Super Kuboku: “Barselona” inamlı qələbə ilə finalda!

Bu gün Səudiyyə Ərəbistanında təşkil olunmuş İspaniya Super Kuboku uğrunda sonuncu yarımfinal qarşılaşması baş tutub.

Arena.az xəbər verir ki, bu dəfə “Barselona” və “Osasuna” komandaları üz-üzə gəliblər.

Qarşılaşma Kataloniya təmsilçisi üçün daha uğurlu alınıb. Yekunda inamlı qələbəni bayram edən “Barselona” finala çıxıb.

Xatırladaq ki, daha öncə “Real” Madrid təmsilçisində “Atletiko”nu 5:3 hesabıyla üstələyərək finala çıxmışdı.

Beləliklə, yanvarın 14-də keçiriləcək həlledici oyunda əzəli rəqiblər – “Real”la “Barselona” üz-üzə gələcəklər. Həmin oyuna da Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

İspaniya Super Kuboku
Yarımfinal
10 yanvar

Real – Atletiko 5:3
Qollar: Rüdiger, 20. Mendi, 29. Karvaxal, 85. Saviç, 116-öz qapısına. B.Dias, 120+2 – M.Ermoso, 6. Qrizmann, 37. Rüdiger, 78-öz qapısına.

11 yanvar

Barselona – Osasuna 2:0
Qollar: Levandovski, 59. Yamal, 90+3.